Oğuzda mikroavtobus qəzası nəticəsində ölən şəxsin kimliyi məlum olub -Yenilənib
Oğuzda baş verən qəzada ölən şəxsin kimliyi məlum olub.
"Qafqazinfo"nin məlumatına görə, rayonun Sincan kəndində“Mercedes Vito” markalı mikroavtobusun sürücüsü Mahama Dibirovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin, 64 yaşlı Balakən rayonunun Qazma kənd sakini Şadnus Hümbətov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
***
Oğuzda ölümlə nəticələnən yol qəzası olub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Sincan kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan “Vito” markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca dəyib.
İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Daha çox