TƏBİB-in “815” Çağrı Mərkəzinə noyabrda 11,7 min zəng daxil olub
2025-ci ilin noyabrında TƏBİB-in “815” Çağrı Mərkəzinə ümumilikdə 11 672 zəng daxil olub. Bu barədə TƏBİB-dən bildirilib.
Daxil olan müraciətlərin 11 508-i dərhal cavablandırılıb, 164 müraciət isə araşdırılması üçün qəbul edilib.
TƏBİB-in məlumatına görə, araşdırılan müraciətlərdən 68-i üzrə vətəndaşlara izahat verilib, 48-i həll edilib, 48 müraciət isə elektron sənəd dövriyyəsi vasitəsilə aidiyyəti qurumlara yönləndirilib.
Zənglərin əsas mövzuları müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və xidmətlə bağlı şikayətlər, kadr məsələləri, eləcə də tibbi arayış və sənədlərin verilməsi olub.
“815” Çağrı Mərkəzi 2022-ci ilin dekabrında fəaliyyətə başlayıb və məqsədi müraciətlərin operativ cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsidir.
Gülnar