İki rayonda işıq olmayacaq
Bu gün Lənkəran və Masallı rayonlarının bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Məlumata görə, dekabrın 23-də Lənkəran Elektrik Şəbəkəsinin ərazisində yerləşən 110/35/10 kV-luq “Lənkəran-1” yarımstansiyasından çıxan 35 kV-luq “Hirkan” hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00–12:00 aralığında Gərmətük, Hirkan qəsəbəsi, Kosalar, Siyavar və Vel kəndlərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Eyni tarixdə Masallı Elektrik Şəbəkəsinin ərazisində 35/10 kV-luq “Əminli” və “Xıl” yarımstansiyalarından qidalanan bəzi 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq. Bu səbəbdən saat 10:00–13:00 aralığında Həsənli, Yeddi Oymaq, Şıxlar və Qasımlı kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
“Azərişıq” ASC bildirib ki, təmir işləri başa çatdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.