• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

İKTA internet sürət göstəricilərini dərc edib

İKTA internet sürət göstəricilərini dərc edib
23.12.2025 12:41

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) sabit genişzolaqlı internet üzrə provayderlərin internet sürət göstəricilərini qlobal internet performans qiymətləndirici platforması olan “Ookla”nın metodologiyası əsasında yeni formatda dərc edib.

"Unikal" xəbər verir ki, İKTA “Ookla” ilə əməkdaşlıq çərçivəsində Azərbaycan üzrə sabit genişzolaqlı internet xidmətlərinə dair sürət hədlərini (“Speedtest Intelligence” məlumatları əsasında) yeni vizual formatda rəsmi internet səhifəsində təqdim edib.

Dərc olunmazdan əvvəl İKTA və “Ookla” arasında təqdimat formasının metodoloji uyğunlaşdırılması və məlumatların standartlaşdırılması üzrə birgə iş aparılıb. Ölçmə metodologiyası və nəticələr “Ookla” şirkətinin məhsulu olduğu üçün bu istiqamətdə aparılan bütün fəaliyyət şirkətlə razılaşdırılıb. 

Yeni təqdimat 3 kateqoriyalı rənglənmiş sürət təsnifatı əsasında hazırlanıb. Vizual formatda provayderlərin fərdi internet sürəti (Mbps) göstəriciləri dərc olunmur. Onun əvəzinə, istifadəçilərin müqayisəni daha rahat aparması üçün “Ookla”nın rəsmi saytında əks olunan provayderlərin median internet sürətinə əsasən üç kateqoriyaya bölünüb:

? Yüksək Sürət — 90+ Mbps

Yüksək sürət təqdim edən provayderlər.

 Orta Sürət — 50–89 Mbps

Orta sürət təqdim edən provayderlər.

 Aşağı Sürət — 1–49 Mbps

Aşağı sürət  təqdim edən provayderlər.

Bu yanaşma istifadəçilərə bazarın ümumi mənzərəsini daha aydın, qısa və vizual olaraq təkmilləşmiş formada görməyə imkan verir. Kateqoriyalar OOKLA Speedtest Intelligence platformasından əldə edilən median ölçmə nəticələrinə əsaslanır və İKTA tərəfindən təsnif edilərək təqdim olunub.

“Ookla”nın rəsmi reytinq sisteminə yalnız geniş nümunə payı və tam metodoloji uyğunluğu olan provayderlər daxil edilir. Lakin İKTA tərəfindən dərc olunan cədvəldə ölkədə fəaliyyət göstərən, “Ookla” tərəfindən qeydə alınan  bütün

provayderlər əhatə olunub.

Provayderlərin təqdim etdikləri və “Ookla” sürət ölçümü (Speedtest) aləti vasitəsilə aparılan ölçmələrdən müəyyən edilən sürət kateqoriyalarına görə qruplaşdırılması ölkə üzrə internet performansının inkişaf dinamikasının daha aydın görülməsinə imkan yaradır.

İKTA hesab edir ki, bu cür analitik və vizual təqdimat modeli tənzimləyici fəaliyyətin dəstəklənməsi, provayderlərin xidmət göstəriciləri üzrə sağlam rəqabətinin təşviqi və istehlakçıların internet sürəti həddi seçimi baxımından mühüm rol oynayır.

Agentlik “Ookla” ilə əməkdaşlığı davam etdirərək internet keyfiyyəti üzrə milli indikatorların mütəmadi yenilənməsini və analitik monitorinqin genişləndirilməsini planlaşdırır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Lerikdə məktəbdə yanğın olub
Cəmiyyət 13:51
Lerikdə məktəbdə yanğın olub
Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub
Cəmiyyət 13:44
Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub
Sabah hava yağmursuz olacaq
Cəmiyyət 13:15
Sabah hava yağmursuz olacaq
Əli Kərimli hamıya satqın dediyi üçün indi tək qalıb - Deputat
Cəmiyyət 12:55
Əli Kərimli hamıya satqın dediyi üçün indi tək qalıb - Deputat
İstanbulda Azərbaycan məktəbi açılacaq
Cəmiyyət 12:46
İstanbulda Azərbaycan məktəbi açılacaq
İKTA internet sürət göstəricilərini dərc edib
Cəmiyyət 12:41
İKTA internet sürət göstəricilərini dərc edib
Bakıda uşaq bağçasında yanğın olub
Cəmiyyət 12:29
Bakıda uşaq bağçasında yanğın olub
İstanbulda Azərbaycan məktəbi yaradılacaq
Cəmiyyət 12:20
İstanbulda Azərbaycan məktəbi yaradılacaq
“Misli”nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb
Cəmiyyət 12:01
“Misli”nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol