• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək

Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək
23.12.2025 18:21

Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək.

Bu məsələ Milli Məclisin dekabrın 26-da keçiriləcək plenar iclasının gündəliyində yer alan “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, asbest uzun iller ərzində sənayenin bir çox sahələrində (sement, kimya, izolyasiya, kağız sənayesi və sair) və tikintidə geniş istifadə olunan mineral tərkibli materialdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən ölkəyə 2023-cü ildə 591 ton asbest ve 30238 ton tərkibində asbest olan təbəqələr, 2024-cü ildə isə 1045 ton asbest və 27634 ton terkibində asbest olan təbəqələr idxal edilmişdir.

Asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumi dam örtüyü fondunun 29 faizini təşkil edir və təxminən 190 milyon m² sahəni əhatə edir. Ölkədə şifer istehlakı 2,6 milyon m² və ya 1,5 milyon list təşkil edir. Hazırda ölkənin dam örtüyü bazarının 15-20 faizi şiferin payına düşür.

Elmi araşdırmalar onun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını sübut etdikdən sonra bir sıra ölkələrdə asbest və asbest tərkibli məhsulların istifadəsi qadağan edilib. Asbest liflərinin havaya qarışaraq nəfəs yollarına daxil olması müxtəlif xəstəliklərin, o cümlədən ağciyər xəstəliklərinin yaranma riskini artırır. Bu səbəbdən asbestin istifadəsinin məhdudlaşdırılması və tamamilə qadağan edilməsi ictimai sağlamlığın qorunması baxımından mühüm addım hesab olunur.

Beləliklə, beynəlxalq təcrübə nəzərə alınmaqla, qanun layihəsinə əsasən asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilir.

Qanun qəbul ediləcəyi təqdirdə, 2027-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 00:26
Sumqayıtda yol qəzası baş verib, xəsarət alanlar var
Fuad Qəhrəmanlı DTX-yə çağırılıb
Cəmiyyət 19:41
Fuad Qəhrəmanlı DTX-yə çağırılıb
Hava ilə bağlı növbəti - Xəbərdarlıq
Cəmiyyət 18:20
Hava ilə bağlı növbəti - Xəbərdarlıq
Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib
Cəmiyyət 17:30
Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib
Bakıda yağış intensivləşəcək - Xəbərdarlıq
Cəmiyyət 16:45
Bakıda yağış intensivləşəcək - Xəbərdarlıq
Mikayılov: Bakının su-kanalizasiya infrastrukturu əhali artımı fonunda köhnəlib
Cəmiyyət 16:33
Mikayılov: Bakının su-kanalizasiya infrastrukturu əhali artımı fonunda köhnəlib
Sabah Şirvanda 4700-dən çox abonent qazsız qalacaq
Cəmiyyət 16:10
Sabah Şirvanda 4700-dən çox abonent qazsız qalacaq
Dənizə axıdılan sular 100 faiz təmizlənməlidir - Prezident
Cəmiyyət 15:36
Dənizə axıdılan sular 100 faiz təmizlənməlidir - Prezident
Bakıda iki narkokuryer saxlanılıb
Cəmiyyət 14:37
Bakıda iki narkokuryer saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol