Ağdama növbəti köç karvanı yola salınıb
Ağdam şəhərinə 83 ailə (308) nəfər köçürülüb.Bu barədə Qaçqınların və Məcburi Köçkünlər üzrə Dövlət Agentliyi məlumat yayıb.
Daha əvvəl Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç karvanı yola salınıb.
Ağdam 2020-ci ilin noyabrında işğaldan azad edilib. İkinci Qarabağ Müharibəsində ən çox zərər çəkmiş rayondur. Müharibəyə qədər Ağdamda 143 min insan yaşayıb.
Prezidentin sərəncamı ilə imzalanan Qarabağa qayıdış proqramı çərçivısində 2026-ci ilə kimi 20 min nəfərin Ağdama köçürülməsi nəzərdə tutulub.
Aytac Zeynalova