Təhsil Tələbə Krediti Fondu: eyni ailədən 3 469 tələbə təhsil tələbə kreditindən yararlanıb
Təhsil Tələbə Krediti Fondu (TTKF) eyni ailədən iki və daha çox tələbə üçün kreditlərin rəsmiləşdirilməsi üzrə göstəriciləri açıqlayıb.
Fondun məlumatına görə, ümumilikdə 1 711 ailədən 3 469 tələbə təhsil tələbə kreditindən yararlanıb.
Onların 1 461-i sosial təhsil tələbə krediti, 2 008-i isə standart təhsil tələbə krediti üzrə rəsmiləşdirilib.
Statistikaya əsasən, 1 667 ailədə iki tələbə olmaqla 3 334 tələbə, 41 ailədə üç tələbə olmaqla 123 tələbə, 3 ailədə isə dörd tələbə olmaqla 12 tələbə üçün kreditlər rəsmiləşdirilib.
TTKF-dən bildirilib ki, eyni ailədən bir neçə tələbənin kreditlə əhatə olunması mexanizmi ailələrin maliyyə yükünün azaldılmasına və təhsilə çıxış imkanlarının genişləndirilməsinə xidmət edir.
Fond qeyd edib ki, sosial və standart kredit alətləri vasitəsilə çoxuşaqlı və eyni vaxtda bir neçə tələbəsi olan ailələr üçün dəstək davam etdiriləcək.
Gülnar Nazimqızı