• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Bəhruz Əzimov: Sosial kreditdən imtinalar elektron yoxlama nəticələri ilə bağlıdır

Bəhruz Əzimov: Sosial kreditdən imtinalar elektron yoxlama nəticələri ilə bağlıdır
25.12.2025 12:08

Təhsil Tələbə Krediti Fondunda sosial təhsil tələbə kreditlərindən imtina hallarının səbəbləri açıqlanıb. Bu barədə Fondun rəhbəri Bəhruz Əzimov məlumat verib.

Onun sözlərinə görə, sosial kreditlər üzrə imtinalar əsasən elektron sistem vasitəsilə aparılan yoxlamaların nəticələri ilə bağlıdır.

“Elektron sistem müraciət edən şəxslərin qanunvericiliklə müəyyən edilmiş sosial statuslara uyğunluğunu yoxlayır. Əgər bu statuslar təsdiqlənməzsə, həmin şəxs sosial kredit üzrə uyğun hesab edilmir və imtina cavabı verilir”, – Əzimov bildirib.

Fond rəhbəri qeyd edib ki, standart təhsil tələbə kreditləri isə tamamilə fərqli meyarlar əsasında müəyyən olunur.

“Standart kreditlərdə əsas meyar tələbənin akademik göstəriciləridir. Əgər tələbə zəif nəticə göstərirsə, bu halda sistem tərəfindən imtina cavabı formalaşdırılır”, –  o əlavə edib.

Bəhruz Əzimov vurğulayıb ki, kreditlərin verilməsi prosesi avtomatlaşdırılıb və qərarlar şəffaf, obyektiv və qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edilir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Təhsil Tələbə Krediti üzrə ən çox bağışlanma tətbiq edilən universitetlər və ixtisaslar açıqlanıb
Cəmiyyət 13:15
Təhsil Tələbə Krediti üzrə ən çox bağışlanma tətbiq edilən universitetlər və ixtisaslar açıqlanıb
Zelenski Milad təbrikində Putinə ölüm arzuladı
Cəmiyyət 12:53
Zelenski Milad təbrikində Putinə ölüm arzuladı
“Bibiheybət yolu”nda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 12:45
“Bibiheybət yolu”nda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:20
Sabahın hava proqnozu açıqlanıb
Bəhruz Əzimov: Sosial kreditdən imtinalar elektron yoxlama nəticələri ilə bağlıdır
Cəmiyyət 12:08
Bəhruz Əzimov: Sosial kreditdən imtinalar elektron yoxlama nəticələri ilə bağlıdır
Gecikmiş kreditlərin portfeldə payı 2 faizdən aşağıdır-Təhsil Tələbə Krediti Fondu
Cəmiyyət 11:50
Gecikmiş kreditlərin portfeldə payı 2 faizdən aşağıdır-Təhsil Tələbə Krediti Fondu
Tələbə krediti ən uğurlu layihələrdən biridir- Səbuhi Rzayev
Cəmiyyət 11:49
Tələbə krediti ən uğurlu layihələrdən biridir- Səbuhi Rzayev
Təhsil Tələbə Krediti Fondu: eyni ailədən 3 469 tələbə təhsil tələbə kreditindən yararlanıb
Cəmiyyət 11:24
Təhsil Tələbə Krediti Fondu: eyni ailədən 3 469 tələbə təhsil tələbə kreditindən yararlanıb
Məzunlar üzrə 760 min manatdan çox vəsait bağışlanıb- Fond rəhbəri
Cəmiyyət 11:10
Məzunlar üzrə 760 min manatdan çox vəsait bağışlanıb- Fond rəhbəri
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol