• $ 1.7
  • € 1.9977
  • ₽ 0.02247
  • ₺ 0.0392
  • £ 2.2947

Sosial mediada milli təhlükəsizlik və əxlaq normalarının qorunması qanun layihəsinin əsas məqsədidir Deputat

Sosial mediada milli təhlükəsizlik və əxlaq normalarının qorunması qanun layihəsinin əsas məqsədidir Deputat
26.12.2025 11:52

Milli Məclisin 19 dekabr iclasında müzakirə olunan yeni qanun layihəsi ifadə azadlığına qarşı deyil, ictimai mənəviyyat, sosial davranış normaları və milli təhlükəsizliyin qorunmasına xidmət edir. Bunu deputat Zahid Oruc deyib. 

Oruc qeyd edib ki, deputatlar Azay Quliyev və Razi Nurullayev layihəni müdafiə edərək, onun cəmiyyətin tələbi olduğunu vurğulayıblar. Layihə sosial şəbəkələrdə Azərbaycan xalqını və dövlətini təhqir edən xarici və daxili şəxslərə, habelə qlobal şirkətlərin ölkədə nümayəndəliklərinin yaradılmasına və birgə mübarizə imkanlarına da şamil edilir.

Deputat bildirib ki, qanun layihəsi rəqəmsal asılılıq, rəqəmsal manipulyasiya, rəqəmsal klonlaşdırma və alqoritmik təhlükəsizlik kimi müasir anlayışları qanunvericiliyə gətirməyi nəzərdə tutur.

“Sosial mediada qeyri-əxlaqi kontentlərin yayılması yalnız fərdi pozucu davranış deyil, təşkilatlanmış şəbəkədir. İnsan alveri, cinsi istismar və qeyri-qanuni vasitəçilik kimi fəaliyyətlər ciddi hüquqi boşluqlar yaradır”, – Oruc əlavə edib.

Onun sözlərinə görə, 2025-ci ilin statistikasına əsasən, ölkədə internet istifadəçilərinin 71%-dən çoxu sosial şəbəkələrə daxil olur, gənclər və yeniyetmələrdə göstərici 85%-ə yaxınlaşır. TikTok və Telegram kimi platformalarda məzmun istehlakı 2024–2025-ci illərdə orta hesabla 25–30% artıb.

Oruc vurğulayıb ki, qeyri-əxlaqi kontent artıq telefon ekranlarında, sosial qruplarda və algoritmlərin nüvəsində formalaşır və milli təhlükəsizliyə təsir göstərir. Fransa və Almaniyada belə hallar üçün inzibati cərimələr və 3–5 ilədək azadlıqdan məhrumetmə tədbirləri tətbiq olunur.

Deputat parlamenti layihəyə müsbət səs verməyə çağırıb, layihənin kibervətənimizin qorunmasına xidmət edəcəyini bildirib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kamçatkada 5,6 bal gücündə zəlzələ baş verib
Cəmiyyət 23:59
Kamçatkada 5,6 bal gücündə zəlzələ baş verib
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 23:30
Sabah bu ərazilərdə qaz olmayacaq
Məhkəmə sədrinin oğlu özünü və arvadını öldürüb
Cəmiyyət 22:48
Məhkəmə sədrinin oğlu özünü və arvadını öldürüb
Ermənistan qaz idxalında Azərbaycan marşrutunu nəzərdən keçirir
Cəmiyyət 21:53
Ermənistan qaz idxalında Azərbaycan marşrutunu nəzərdən keçirir
Bakıda qadın uşaqlarını gözəllik salonunda qoyub qaçdı
Cəmiyyət 19:07
Bakıda qadın uşaqlarını gözəllik salonunda qoyub qaçdı
Vilayət Eyvazov Qəbələdə qəbul keçirəcək
Cəmiyyət 18:35
Vilayət Eyvazov Qəbələdə qəbul keçirəcək
"Tiktok" canlı yayımda qeyri-etik ifadələr işlədən şəxs həbs edilib
Cəmiyyət 18:23
"Tiktok" canlı yayımda qeyri-etik ifadələr işlədən şəxs həbs edilib

Azərbaycanda elektron siqaret qadağası təsdiqlənib
Cəmiyyət 17:15
Azərbaycanda elektron siqaret qadağası təsdiqlənib

Sosial şəbəkələrdə bunu edənlər inzibatihəbs olunacaq
Cəmiyyət 17:11
Sosial şəbəkələrdə bunu edənlər inzibatihəbs olunacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol