Gəncədə evdən qadın meyiti tapılıb
Gəncədə evdən qadın meyiti aşkar edilib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin 38 saylı Hərbi şəhərcik ərazisində qeydə alınıb.
Məlumata hörə 1964-cü il təvəllüdlü Məmmədova Aybəniz Nəbi qızının meyiti yaşadığı evdə tapılıb. İlkin müayinə zamanı meyit üzərində hər hansı zorakılıq və ya xəsarət izləri aşkarlanmayıb. 61 yaşlı qadının hansı səbəbdən vəfat etdiyi məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Daha çox