• $
  • £

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək
26.12.2025 23:54

Azərbaycan Ordusunun və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçularının iştirakı ilə keçiriləcək "Sülh Qalxanı - 2026" təliminin dekabrın 25-də Bakıda əsas planlama konfransı olub.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyində təşkil edilən tədbirdə hər iki ölkənin hərbi nümayəndə heyəti 2026-cı ilin fevral ayında BƏƏ-də keçiriləcək təlimin məqsədi, mərhələlər üzrə yerinə yetiriləcək fəaliyyətlər və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

"Sülh Qalxanı - 2026" təlimində icra olunacaq tapşırıqlarla bağlı brifinqlər təqdim olunub, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Səfər çərçivəsində BƏƏ nümayəndə heyəti Azərbaycan Ordusunun bir neçə hərbi hissəsini ziyarət edib. Qonaqlara hərbi hissələrdə yaradılan şərait və hərbi qulluqçuların hazırlıq səviyyələri ilə bağlı ətraflı məlumat verilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabiq deputatın həbsxanada vəziyyəti pisləşib
Cəmiyyət 21:43
Sabiq deputatın həbsxanada vəziyyəti pisləşib
Zirə qəsəbəsində 70 yaşlı kişi ov tüfəngi ilə öldürülüb, saxlanılan var
Cəmiyyət 20:51
Zirə qəsəbəsində 70 yaşlı kişi ov tüfəngi ilə öldürülüb, saxlanılan var
Fərid Qayıbovun sədrliyi ilə COP10 Bürosunun birinci rəsmi iclası keçirilib
Cəmiyyət 19:28
Fərid Qayıbovun sədrliyi ilə COP10 Bürosunun birinci rəsmi iclası keçirilib
Dünyada ərzaq qiymətləri sürətlə artır: Azərbaycan neçəncidir?
Cəmiyyət 19:12
Dünyada ərzaq qiymətləri sürətlə artır: Azərbaycan neçəncidir?
İşğaldan azad edilmiş ərazilərə nə qədər köçkün geri qayıdıb?
Cəmiyyət 18:36
İşğaldan azad edilmiş ərazilərə nə qədər köçkün geri qayıdıb?
Ötən gün Azərbaycanda axtarışda olan 45 nəfər saxlanılıb
Cəmiyyət 17:09
Ötən gün Azərbaycanda axtarışda olan 45 nəfər saxlanılıb
Avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin belə xilas edilib
Cəmiyyət 16:37
Avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin belə xilas edilib
Həcc ziyarətinə sənəd qəbulunun vaxtı yenidən uzadılıb
Cəmiyyət 16:18
Həcc ziyarətinə sənəd qəbulunun vaxtı yenidən uzadılıb
Türkiyənin "Salomon Cappadocia Ultra-Trail" marafonu BMT Turizm Təşkilatının nüfuzlu mükafatına layiq görülüb
Cəmiyyət 15:46
Türkiyənin "Salomon Cappadocia Ultra-Trail" marafonu BMT Turizm Təşkilatının nüfuzlu mükafatına layiq görülüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol