Azərbaycanda alkoqollu içkilərin aksiz dərəcələri artırılır
Azərbaycan Respublikasında istehsal olunan alkoqollu içkilər üzrə aksiz dərəcələri artırılacaq.
Vergi Məcəlləsinə dəyişikliklə içməli spirt, araq, tündləşdirilmiş içkilər, likyor və konyak məhsullarının hər litrinə 0,2 manat əlavə edilərək 5,0 manat, tündləşdirilməmiş içkilərin (spirt miqdarı 9%-dən çox olmayan) hər litrinə isə 0,1 manat artırılaraq 0,5 manat aksiz dərəcəsi tətbiq ediləcək.
Dəyişiklik Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.