Qaxda avtomobil ağaca çırpılıb, sürücü ölüb
Qaxda yol-nəqliyyat hadisəsi baş verib, sürücü ölüb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, "VAZ-21099" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 1985-ci il təvəllüdlü Tural Məmmədov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox