Bu il neçə şagird qızıl medal qazanıb? - Rəsmi
2025-ci ildə Azərbaycan şagirdləri beynəlxalq olimpiadalarda 93 iştirakçı ilə təmsil olunub, 5 qızıl, 18 gümüş, 33 bürünc medal və 16 həvəsləndirici sertifikat qazanıblar. Bu barədə Elm və Təhsil Nazirliyinin illik hesabatında qeyd olunub.
Ölkənin 65 bölgəsində 8 fənn üzrə keçirilən Respublika Fənn Olimpiadalarında 90 147 şagird iştirak edib. Olimpiadada 95 qızıl, 170 gümüş və 249 bürünc medal verilib.
“Qərbi Azərbaycana qayıdış” olimpiadasında IX və X sinif şagirdləri arasında 9 872 şagird iştirak edib, 3 qızıl, 6 gümüş və 9 bürünc medal qazanılıb.
“Zəkaların mübarizəsi” olimpiadasında komandalar üzrə 6, fərdi yarışlar üzrə isə 15 şagird medal və hədiyyələrlə təltif olunub.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox