FHN-dən bayram günləri üçün xəbərdarlıq
Azərbaycan Fövqəladə Hallar Nazirliyi bayram günlərində nizamsız parklanmanın fövqəladə hallara müdaxiləni çətinləşdirdiyi barədə əhaliyə müraciət edib.
Nazirlik bildirir ki, binaların girişlərində, həyətlərdə, yolun hərəkət hissəsində və yanğın hidrantlarının yaxınlığında park edilən avtomobillər yanğınsöndürmə və xilasetmə texnikasının operativ hərəkətinə mane olur, bəzi hallarda su götürülməsini mümkünsüz edir.
FHN sürücüləri avtomobilləri yalnız təyin olunmuş yerlərdə, ara məsafə saxlayaraq və xüsusi texnikanın sərbəst keçidini təmin etməklə park etməyə çağırıb.