Zaqatalada yol qəzası: 2 nəfər xəsarət alıb
Yeni ilin ilk günü Zaqatalada baş verən yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.
Hadisə Zaqatala–Aşağı Tala avtomobil yolunda, günorta saatlarında qeydə alınıb. İlkin məlumata görə, iki minik avtomobili toqquşub. Qəza zamanı VAZ-2106 markalı avtomobilin sürücüsü və bir sərnişin xəsarət alıb.
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib, onlara ilkin tibbi yardım göstərilir. Faktla bağlı polis araşdırma aparır.