Cəlilabadda qadın dəm qazından zəhərlənərək ölüb
Cəlilabad rayonunda dəm qazından zəhərlənmə ilə nəticələnən ölüm hadisəsi qeydə alınıb.
“Qafqazinfo”nun məlumatına görə, yanvarın 5-i axşam saat 20:00 radələrində rayonun Üçtəpə kənd sakini İsazadə Şükran Yaqub qızı yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.