• $ 1.7
  • € 1.9859
  • ₽ 0.021157
  • ₺ 0.0395
  • £ 2.2822

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb
06.01.2026 09:45

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,68 ABŞ dolları və ya 2,62% artaraq 65,80 ABŞ dolları təşkil edib. 

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart ayı üçün fyuçersləri 62,96 ABŞ dolları səviyyəsində formalaşıb.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin bir barelinin qiyməti 1,68 ABŞ dolları və ya 2,7% artaraq 63,96 ABŞ dolları olub.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, “Azeri Light” neftinin minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. Bu marka üzrə neft hasilatı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında saziş çərçivəsində həyata keçirilir; sazişdə SOCAR-ın payı 31,65% təşkil edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncə-Qəbələ-Gəncə qatar marşrutu üzrə hərəkət cədvəli açıqlanıb
Cəmiyyət 19:28
Gəncə-Qəbələ-Gəncə qatar marşrutu üzrə hərəkət cədvəli açıqlanıb
Sarayda 2-ci sinif şagirdi dəm qazından boğularaq ölüb
Cəmiyyət 18:37
Sarayda 2-ci sinif şagirdi dəm qazından boğularaq ölüb
Biləcəridə iki küçədə yol hərəkəti yenidən təşkil olunub
Cəmiyyət 18:23
Biləcəridə iki küçədə yol hərəkəti yenidən təşkil olunub
Ötən il dövlət sərhədində axtarışda olan 3922 nəfər saxlanılıb
Cəmiyyət 18:00
Ötən il dövlət sərhədində axtarışda olan 3922 nəfər saxlanılıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 17:37
Bu ərazilərdə qaz olmayacaq
2025-ci ildə Azərbaycanın dövlət sərhədində 128 milyon manatlıq qaçaqmal tutulub - Hesabat
Cəmiyyət 17:07
2025-ci ildə Azərbaycanın dövlət sərhədində 128 milyon manatlıq qaçaqmal tutulub - Hesabat
Plazalarda şəxsiyyət vəsiqəsinin tələb olunması qanunla doğrudurmu?
Cəmiyyət 16:25
Plazalarda şəxsiyyət vəsiqəsinin tələb olunması qanunla doğrudurmu?
“Nestle”nin geri çağrılan uşaq qidaları Azərbaycanda varmı? - Açıqlama
Cəmiyyət 15:02
“Nestle”nin geri çağrılan uşaq qidaları Azərbaycanda varmı? - Açıqlama
Qazaxda yanacaq daşıyan avtomobildə yanğın olub, bir nəfər ölüb
Cəmiyyət 15:00
Qazaxda yanacaq daşıyan avtomobildə yanğın olub, bir nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol