Şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılır
Azərbaycanda 2025–2026-cı tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Agentliyin açıqlamasında bildirilir ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığı üçün 11-ci siniflər üzrə yerdəyişmə prosesi 8 yanvar 2026-cı il tarixindən tədris ilinin sonunadək aktiv olmayacaq. Məktəbəhazırlıq qrupları və 1–10-cu siniflər üzrə yerdəyişmə prosesinin yenidən aktivləşdiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Bundan başqa, 13 yanvar 2026-cı il saat 15:00-dək təsdiqlənmiş sorğular üzrə tələb olunan sənədlər ümumi təhsil müəssisələrinə təqdim edilməlidir. Bu tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv olunacaq.