• $ 1.7
  • € 1.9875
  • ₽ 0.021063
  • ₺ 0.0395
  • £ 2.2958

Leyla Əliyeva Qusarda “Kənd Həyatı” layihəsinin qonağı olub - Video

Leyla Əliyeva Qusarda “Kənd Həyatı” layihəsinin qonağı olub - Video
07.01.2026 21:59

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva yeni ilin ilk günlərində Qusar rayonuna səfər edib.

Səfər çərçivəsində Leyla Əliyeva Qusar rayonunun Hil kəndində yaşayan Rəmixanovlar ailəsinin qonağı olub və “Kənd həyatı” (Country Life Vlog) layihəsinin yeni buraxılışının çəkilişində iştirak edib.

Çəkilişlər zamanı Leyla Əliyeva bölgəyə məxsus məşhur milli yeməklərdən biri olan skanın hazırlanması prosesində ailə üzvləri ilə birlikdə iştirak edib. O, ölkənin şimal bölgəsinə xas olan kənd həyat tərzi və milli mətbəx ənənələri ilə yaxından tanış olub.

Leyla Əliyeva Azərbaycanın zəngin kulinariya mədəniyyətinin təbliğində, Azərbaycanın dünyanın müxtəlif ölkələrində tanıdılması və sevilməsi istiqamətində gördükləri işlərə görə Rəmixanovlar ailəsinə təşəkkürünü bildirib, onların bu əhəmiyyətli layihəsinə uğurlar arzulayıb.

"Kənd həyatı” yutub kanalı 8 milyondan çox izləyiciyə və 3 milyarda yaxın baxış sayına malikdir. Milli mətbəx nümunələrini və kənd həyatını əks etdirən paylaşımları ilə geniş populyarlıq qazanan Rəmixanovlar ailəsinin videoları təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində geniş izləyici auditoriyası tərəfindən maraqla qarşılanır.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Yasamalda qaz olmayacaq
Cəmiyyət 22:30
Sabah Yasamalda qaz olmayacaq
Goranboyda avtomobil 79 yaşlı piyadanı vuraraq öldürüb
Cəmiyyət 21:13
Goranboyda avtomobil 79 yaşlı piyadanı vuraraq öldürüb
UNRWA yaxın həftələrdə Ankarada ofis açacaq
Cəmiyyət 20:51
UNRWA yaxın həftələrdə Ankarada ofis açacaq
Dumana görə sürət həddi yenidən endirilib
Cəmiyyət 19:51
Dumana görə sürət həddi yenidən endirilib
Şahin Bağırovdan yeni təyinat
Cəmiyyət 19:44
Şahin Bağırovdan yeni təyinat
Bakıda telefonu oğurlayıb mobil tətbiqə müdaxilə edən şəxs saxlanılıb
Cəmiyyət 18:19
Bakıda telefonu oğurlayıb mobil tətbiqə müdaxilə edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 17:03
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Xırdalanda avtomobilə qəsdən 11 min manatlıq ziyan vuran şəxs saxlanılıb
Cəmiyyət 17:01
Xırdalanda avtomobilə qəsdən 11 min manatlıq ziyan vuran şəxs saxlanılıb
Bəzi yerlərdə yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 16:54
Bəzi yerlərdə yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol