Azərbaycanda bir sıra bölgələrdə dumanlı hava müşahidə olunur
Azərbaycanın bəzi bölgələrində dumanlı hava şəraiti davam edir və bu, nəqliyyatda görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında, eləcə də Naxçıvan, Şəmkir, Quba, Qusar, Yevlax, Göyçay, Zərdab, İmişli, Sabirabad, Neftçala və Biləsuvar rayonlarında duman müşahidə olunur.
Görünüş məsafəsi Bakıda və Abşeron yarımadasında 50–500 metr, bölgələrdə isə 200–700 metr arasında dəyişir ki, bu da xüsusilə səhər və axşam saatlarında avtomobil hərəkətinə mənfi təsir göstərir.
Sinoptiklərin proqnozuna görə, dumanlı hava şəraiti yanvarın 9-u axşamadək fasilələrlə davam edəcək.
Son xəbərlər
Daha çox