• $
  • £

Yeni metrolar nələri dəyişəcək?

Yeni metrolar nələri dəyişəcək?
14.01.2026 12:11

Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində 10 stansiya üzrə mərhələli işlər aparılır. Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Azərbaycan televiziyasına müsahibəsində deyib. 

O bildirib ki, stansiyalardan biri “Nizami”, digəri isə “Sahil” metro stansiyalarının yaxınlığında inşa olunacaq.

Planlara əsasən, növbəti stansiya “Port Baku” kimi tanınan ərazinin yaxınlığında yerləşəcək.

Bundan əlavə, “Xətai” stansiyasında əlavə keçid və Babək prospekti üzərində yeni stansiya tikintisi də nəzərdə tutulur.

Yaşıl xətt üzrə inkişaf planlarına görə isə “Xətai”dən sonrakı stansiyalar Nizami Gəncəvi adına parkın yaxınlığında və “Ağ Şəhər” layihəsinin inkişaf etməkdə olan hissəsində yerləşəcək.

Həmçinin Nargilə dairəsi və ya keçmiş Bakı Avtomobil Zavodu ərazisində daha bir stansiyanın tikintisi gündəmdədir.

Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, Bakı metrosunda yeni stansiyaların tikintisinin dayanması son dövrlərdə nəqliyyat problemlərini dərinləşməsinə gətirib çıxarıb.

“Bakıxanov qəsəbəsi üzrə məsələni dəfələrlə qaldırmışam. Seçildiyim ərazinin ən böyük problemi metro stansiyalarının açılması ilə bağlıdır”,- o bildirib.

Nəqliyyat eksperti Rauf Ağamirzəyevin fikrincə  isə, metro tikintisi şəhərin uzunmüddətli inkişaf planlarına əsaslanaraq aparılmalıdır.

Onun sözlərinə görə, Bakının şərq və qərb istiqamətlərində metronun şəbəkə üzrə tamamlanması konseptual planda nəzərdə tutulub.

“Metro çox bahalı infrastruktur layihəsidir. Amma elə layihələr var ki, qiymətindən asılı olmayaraq həyata keçirilməlidir. Ən vacib məsələlərdən biri Bakının dairəvi dəmir yolunun tam başa çatdırılmasıdır. Mövcud plana əsasən, bu layihə 2030-cu ilə qədər yekunlaşmalıdır”, – ekspert qeyd edib.

Ağamirzəyev əlavə edib ki, Bakıda metro ilə yanaşı, yerüstü metro funksiyasını yerinə yetirən dəmir yolu xətləri də mövcuddur ki, bəzi istiqamətlərdə onların bərpası və genişləndirilməsi planlaşdırılır.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC bildirib ki, hazırda digər yeni stansiyaların tikintisinə başlanılması nəzərdə tutulmur. Bu, davam edən layihələrin böyük həcmli olması ilə izah edilir.

Prezident İlham Əliyev 2025-ci il yanvarın 30-da “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Bakı metrosu 1967-ci ildə istifadəyə verilib.  Metro 3 əsas xətdən ( qırmızı, yaşıl və bənəvşəyi) ibarətdir. Bakıda  40-dan çox  metro stansiyası fəaliyyət göstərir.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda sürət həddi müvəqqəti endirilib
Cəmiyyət 15:33
Bu yolda sürət həddi müvəqqəti endirilib
Azərbaycandakı dini konfessiya rəhbərləri ABŞ hesabatını tənqid edib
Cəmiyyət 15:29
Azərbaycandakı dini konfessiya rəhbərləri ABŞ hesabatını tənqid edib
Azərbaycanda 3 minə yaxın ailənin beşdən çox uşağı var
Cəmiyyət 13:57
Azərbaycanda 3 minə yaxın ailənin beşdən çox uşağı var
İraq hava məkanını açıb
Cəmiyyət 13:32
İraq hava məkanını açıb

52 mindən çox şagird buraxılış imtahanı verəcək
Cəmiyyət 13:22
52 mindən çox şagird buraxılış imtahanı verəcək
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 13:19
Azərbaycanda zəlzələ olub
10 yeni stansiyanın 8-də tunelqazma işlərinə ilin sonuna qədər başlanacaq
Cəmiyyət 13:07
10 yeni stansiyanın 8-də tunelqazma işlərinə ilin sonuna qədər başlanacaq
“28 May” və “Nizami” arasında avtobuslar pulsuz ola bilər
Cəmiyyət 12:39
“28 May” və “Nizami” arasında avtobuslar pulsuz ola bilər

Yol polisi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 12:30
Yol polisi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol