• $ 1.7
  • € 1.9857
  • ₽ 0.021172
  • ₺ 0.0395
  • £ 2.2883

Ən çox şikayət- Bu internet provayderindən olub

Ən çox şikayət- Bu internet provayderindən olub
09.01.2026 17:33

Azərbaycanda ötən ilin dördüncü rübü üzrə ən çox şikayət olunan internet provayderlər açıqlanıb.

Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) hesabat dərc edib.

22 şirkət üzrə hazırlanan hesabata əsasən, şikayət indeksi ən yüksək olan provayderlər (ilk beşlik) “Flexnet” MMC (14,99), “Sline” MMC (14,12), “Eurosel” MMC (8,61), “Maxinet” MMC (4,32), “Metronet” MMC (3,95) olub. Hesabatda sözügedən beş şirkətin şikayət indeksinin pisləşdiyi qeyd edilib.

Ortalama cavablandırma müddətinin çox olmasına görə isə, ilk beşlikdə ardıcıl olaraq “Metronet” MMC (16 gün), “Flexnet” MMC (15 gün), Naxçıvan RİNN İYTTM (Naxinternet) (13 gün), “Megalink” MMC (13 gün), “Azfibernet” MMC (13 gün) qərarlaşıb.

Qeyd edək ki, şikayət indeksi müştəri məmnuniyyətini ölçmək üçün istifadə edilən bir göstəricidir. Bu, müştərilərin bir məhsul və ya xidmətdən hansı səviyyədə razı qaldıqlarını göstərir. Şikayət indeksinin yüksək olması müştəri məmnuniyyətinin az olduğunu, aşağı olması isə müştəri məmnuniyyətinin daha yüksək olduğunu bildirir

Oxşar xəbərlər
Oxşar xəbərlər
Gədəbəydə qəza olub, ölən və yaralanan var
Cəmiyyət 21:55
Gədəbəydə qəza olub, ölən və yaralanan var
Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib
Cəmiyyət 20:50
Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib
Qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə!
Cəmiyyət 18:52
Qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə!
Anar Mehdiyevə cinayət işi açıldı- Yarım milyondan çox yeyinti
Cəmiyyət 17:55
Anar Mehdiyevə cinayət işi açıldı- Yarım milyondan çox yeyinti
Ən çox şikayət- Bu internet provayderindən olub
Cəmiyyət 17:33
Ən çox şikayət- Bu internet provayderindən olub
BP dünyada ilk dəfə "Xankəndi" gəmisi ilə Xəzərdəki sualtı quyulara xidmət göstərməyə başlayır
Cəmiyyət 17:12
BP dünyada ilk dəfə "Xankəndi" gəmisi ilə Xəzərdəki sualtı quyulara xidmət göstərməyə başlayır
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
Cəmiyyət 16:45
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
Güclü küləklə bağlı xəbərdarlıq edilib
Cəmiyyət 16:33
Güclü küləklə bağlı xəbərdarlıq edilib
Deputat şərəf ordeni ilə təltif olunub - Sərəncam
Cəmiyyət 16:13
Deputat şərəf ordeni ilə təltif olunub - Sərəncam
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol