Tərtərdə ana və oğul dəm qazından zəhərlənib, ölən var
Tərtərdə ana və oğul dəm qazından zəhərlənib.
"Report" xəbər verir ki, Tərtər rayon sakinləri 1973-cü il təvəllüdlü Əzimov Müşviq Əsəd oğlu və anası - 1955-ci il təvəllüdlü Əzimova Sahibə Salman qızı yaşadıqları Famil Qulami küçəsi döngə 1, ev 7 ünvanında sobadan sızan dəm qazından zəhərlənib.
Hadisə nəticəsində Müşviq Əzimov ölüb, Sahibə Əzimova isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Daha çox