Dövlət Məşğulluq Agentliyinə yeni sədr müavini təyin edilib
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmri ilə Eşqin Əli oğlu Bayramov Nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.
Rəsmi məlumatlara görə, Eşqin Bayramov 1985-ci ildə anadan olub. O, 2003–2007-ci illərdə Azərbaycan Dillər Universitetində “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr təhsili alıb. 2011–2013-cü illərdə Ukraynanın Regionlararası Heyəti İdarəetmə Akademiyasında “Ölkəşünaslıq – Avropa ölkələri” ixtisası üzrə magistratura, 2013–2017-ci illərdə isə Ukraynanın Çerniqov Milli Texnologiya Universitetində doktorantura təhsili alıb.
Doktorantura dövründə beynəlxalq qrant layihəsinin qalibi olan Bayramov Yunanıstanın Beynəlxalq Hellenic Universitetində elmi tədqiqatçı kimi fəaliyyət göstərib. O, iqtisad elmləri üzrə fəlsəfə doktorudur.
Rəsmi bioqrafiyaya əsasən, Eşqin Bayramov 2016–2021-ci illərdə Böyük Britaniyanın Şeffild Universitetində “Marketinq, reklam və ictimaiyyətlə əlaqələr” ixtisası üzrə təhsil alıb. 2011–2025-ci illərdə Bakı Biznes Universitetində şöbə müdiri, prorektor və müəllim kimi çalışıb.
2025-ci ilin fevral ayından hazırkı təyinata qədər isə Dövlət Məşğulluq Agentliyinin Beynəlxalq əlaqələr və layihələr departamentinin müdiri vəzifəsini icra edib.
Son xəbərlər
Daha çox