• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Dənizə axıdılan sular 100 faiz təmizlənməlidir - Prezident

Dənizə axıdılan sular 100 faiz təmizlənməlidir - Prezident
12.01.2026 15:36

Hazırda Azərbaycanda kanalizasiya xidməti ilə əhatə olunan əhali cəmi 50 faiz təşkil edir və yeni dövlət proqramının icrası nəticəsində bu göstərici 95 faizə çatdırılmalıdır. Bunu Prezident İlham Əliyev keçirdiyi müşavirədə bildirib.

Əliyevin sözlərinə görə, leysan yağışları zamanı şəhər nəqliyyatının iflic olması ciddi problemlər yaradır və Bakıda yağış sularının idarə olunması sahəsində zəifliklər mövcuddur.

Bu məqsədlə paytaxtın 30 küçəsində yeni yağış suyu kollektor şəbəkəsi qurulacaq.

Prezident qeyd edib ki, dənizə axıdılan sular 100 faiz təmizlənməlidir və bu istiqamətdə əlavə tədbirlər görüləcək. Xəzər dənizinin çirklənməsinin qarşısının alınması üçün Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi və gücünün artırılması planlaşdırılır.

Əliyev həmçinin su sektorunda rəqəmsal idarəetmə sisteminin tətbiq ediləcəyini bildirib və Abşeron yarımadasında ilk dəfə duzsuzlaşdırma zavodunun inşa olunacağını açıqlayıb. Onun sözlərinə görə, layihə xarici investisiyalar hesabına həyata keçiriləcək və Bakının, eləcə də Abşeron yarımadasının içməli su təminatını artıracaq, eyni zamanda suvarma üçün əlavə mənbə yaradacaq.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib
Cəmiyyət 17:30
Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib
Bakıda yağış intensivləşəcək - Xəbərdarlıq
Cəmiyyət 16:45
Bakıda yağış intensivləşəcək - Xəbərdarlıq
Mikayılov: Bakının su-kanalizasiya infrastrukturu əhali artımı fonunda köhnəlib
Cəmiyyət 16:33
Mikayılov: Bakının su-kanalizasiya infrastrukturu əhali artımı fonunda köhnəlib
Sabah Şirvanda 4700-dən çox abonent qazsız qalacaq
Cəmiyyət 16:10
Sabah Şirvanda 4700-dən çox abonent qazsız qalacaq
Dənizə axıdılan sular 100 faiz təmizlənməlidir - Prezident
Cəmiyyət 15:36
Dənizə axıdılan sular 100 faiz təmizlənməlidir - Prezident
Bakıda iki narkokuryer saxlanılıb
Cəmiyyət 14:37
Bakıda iki narkokuryer saxlanılıb
Kəmaləddin Heydərov Fələstin səfiri ilə görüşüb
Cəmiyyət 14:26
Kəmaləddin Heydərov Fələstin səfiri ilə görüşüb
Bu liseydə rus dilində tədris dayandırılır
Cəmiyyət 13:54
Bu liseydə rus dilində tədris dayandırılır
Ötən il 13 subay şəxs övladlığa uşaq götürüb
Cəmiyyət 13:45
Ötən il 13 subay şəxs övladlığa uşaq götürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol