Ötən il Azərbaycanda pensiyaçıların sayı sabit qalıb- Zəka Mirzəyev
2025-ci ildə Azərbaycanda pensiyaçıların sayı 1 milyon 90 min 651 nəfər olub və ötən ilin əvvəli ilə müqayisədə faktiki olaraq sabit qalıb.
Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev bildirib ki, 2025-ci ildə pensiya xərcləri təxminən 7,1 milyard manat təşkil edib və bu vəsait əhalinin sosial rifahının təmin olunmasına yönəldilən əsas xərclərdən biridir.
Orta aylıq pensiya məbləği 575 manat olub ki, bu da əvvəlki ilə nisbətən 9,15% artım deməkdir. Minimum pensiya məbləği isə 578 manat səviyyəsində qeydə alınıb.
Aytac Zeynaova