Aİ Azərbaycanın Ermənistana təhvil verdiyi şəxsləri alqışlayıb
Avropa İttifaqı (Aİ) Azərbaycanın Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekyanı Ermənistana təhvil verməsini müsbət qiymətləndirib.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə xüsusi nümayəndəsi Anita Hipper “X” sosial şəbəkəsində bildirib ki, bu addım Ermənistan-Azərbaycan sülh prosesində irəliyə doğru mühüm addımdır.
Hipper qeyd edib ki, Aİ iki ölkə arasında gələcək müsbət addımları dəstəkləməyə davam edəcək.
Aytac