• $ 1.7
  • € 1.9795
  • ₽ 0.021559
  • ₺ 0.0394
  • £ 2.2847

Qazaxıstan 2026-cı ildə BTC ilə neft ixracını artırmağı planlaşdırır

Qazaxıstan 2026-cı ildə BTC ilə neft ixracını artırmağı planlaşdırır
16.01.2026 09:40

Qazaxıstan 2026-cı il üçün Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri istiqamətində Aktau limanından 1,6 milyon ton neft tədarükü planlaşdırır. Bu barədə “KazMunayGas” (KMG) şirkəti məlumat yayıb.

Məlumata görə, 2025-ci ildə BTC vasitəsilə ixrac olunan Qazaxıstan neftinin həcmi 1,3 milyon ton olub. Beləliklə, 2026-cı il üzrə plan təxminən 23% artım deməkdir.

KMG bildirir ki, ötən ilin sonunda Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) sistemi ilə neft nəqlinə tətbiq edilən məhdudiyyətlər fonunda ixrac marşrutlarının diversifikasiyası məqsədilə “KazTransOil” (KTO) sistemindən istifadə genişləndirilib.

Bu çərçivədə təxminən 300 min ton neft KTO xətti ilə alternativ istiqamətlərə – Almaniya, Çin, Bakı–Tbilisi–Ceyhan, eləcə də Novorossiysk və Ust-Luqa limanları vasitəsilə göndərilməsi üçün yönləndirilib.

Şirkət qeyd edir ki, 2026-cı ilin yanvarında da XBKK tərəfindən neft qəbulunda davam edən məhdudiyyətlər nəzərə alınaraq, yönləndirmə tədbirləri davam etdiriləcək.


2025-ci il 29 noyabrda XBKK-nin Novorossiysk limanındakı dəniz infrastrukturuna ekipajsız üzən vasitələrlə hücum edilib, nəticədə VPU-2 uzaqdan yükləmə qurğusu ciddi zədələnərək istismardan çıxarılıb.


Bundan əlavə, 2026-cı il yanvarın 13-də Qara dənizdə XBKK-nin dəniz terminalına doğru hərəkət edən üç tankere pilotsuz uçuş aparatları ilə hücum qeydə alınıb.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın xanəndəsi İranda hava limanında saxlanılıb
Cəmiyyət 10:27
Azərbaycanın xanəndəsi İranda hava limanında saxlanılıb
Bakı Təşəbbüs Qrupunun iki illik fəaliyyəti açıqlanıb
Cəmiyyət 10:13
Bakı Təşəbbüs Qrupunun iki illik fəaliyyəti açıqlanıb
“Azeri Light” nefti ucuzlaşıb
Cəmiyyət 09:58
“Azeri Light” nefti ucuzlaşıb
Qazaxıstan 2026-cı ildə BTC ilə neft ixracını artırmağı planlaşdırır
Cəmiyyət 09:40
Qazaxıstan 2026-cı ildə BTC ilə neft ixracını artırmağı planlaşdırır
Bakının bu hissəsində qaz olmayacaq
Cəmiyyət 09:23
Bakının bu hissəsində qaz olmayacaq
Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi Azərbaycana gətirilib
Cəmiyyət 21:49
Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi Azərbaycana gətirilib
“mygov” platforması adından yayılan saxta elanlarla bağlı XƏBƏRDARLIQ
Cəmiyyət 21:28
“mygov” platforması adından yayılan saxta elanlarla bağlı XƏBƏRDARLIQ
Yasamalda binadakı yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 20:08
Yasamalda binadakı yanğın söndürülüb - Yenilənib
Oğuzda palıd ağaclarını kəsən şəxs saxlanılıb
Cəmiyyət 19:55
Oğuzda palıd ağaclarını kəsən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol