Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Biləsuvarın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bu gün Biləsuvar Elektrik Şəbəkəsinin ərazisində 11 saylı 10 kV-luq hava xəttində təmir işi aparılacaq.
Yarımstansiyada həyata keçirilən gücləndirmə işləri ilə əlaqədar saat 11:00-dan 13:00-dək şəhər ərazisində Mübariz İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, Tofiq İsmayılov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Son xəbərlər
Daha çox