Bakıda dönərxanada baş verən yanğın söndürülüb - Yenilənib
Paytaxtın Səbail rayonu, "Sahil" metrostansiyasının yaxınlığında dönərxanada baş verən yanğının qarşısı alınıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***
Paytaxtın Səbail rayonu, "Sahil" metrostansiyasının yaxınlığında dönərxanada yanğın baş verib.Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
Son xəbərlər
Daha çox