Avropa İttifaqı Qrenlandiyaya investisiyanı ciddi həcmdə artıracaq
Avropa İttifaqı Qrenlandiyaya investisiyanı ciddi həcmdə artıracaq. Bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.
“Biz Qrenlandiyada Avropa investisiyasının ciddi həcmdə artırılması üzərində işləyirik. Qrenlandiya və Danimarka ilə əl-ələ verib yerli iqtisadiyyatı necə daha çox dəstəkləyə biləcəyimizlə bağlı əməkdaşlıq edəcəyik”, - Ursula von der Leyen bildirib.
Son xəbərlər
Daha çox