ABŞ-ın “Sülh Şurası” təşəbbüsü Avropa İttifaqında çaşqınlıq yaradıb
ABŞ Prezidenti Donald Trampın yeni “Sülh Şurası” təşəbbüsü Aİ liderləri arasında qarışıq reaksiyalara səbəb olub.
Qeyd olunur ki, planın məqsədi və mümkün nəticələri Aİ ölkələri tərəfindən tam başa düşülmür.
Təşəbbüs, atəşkəs sonrası Qəzzadakı kimi regional münaqişələrin idarə olunması və Trampın rəhbərliyi altında qlobal mübahisələrin həllinə yönəldilmiş olsa da, Avropa hökumətləri arasında narahatlıq yaradıb.
Fransa, Almaniya və İtaliya da daxil olmaqla bir çox Aİ üzvü ya təşəbbüsə etiraz edib, ya da qoşulmaqdan imtina edib. Onlar, şuranın BMT və mövcud beynəlxalq sülhməramlı strukturların rolunu zəiflədə biləcəyindən ehtiyat edirlər.
Hazırda Macarıstan dəvəti qəbul edib, digər ölkələr isə cavablarını diqqətlə qiymətləndirməyə davam edirlər.
Gülnar