"Swissneo 1" uşaq qidasının bəzi partiyasında çirkləndirici aşkarlanıb
İsveçrədən Azərbaycana idxal edilən "Swissneo 1" uşaq qidasının 09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli məhsul partiyasında "Sereulid" çirkləndiricisi aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, sözügedən mövzu ilə bağlı Avropa İttifaqının "Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi" (RASFF) vasitəsilə agentliyə bildiriş daxil olub.
Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.
"Sereulid" düzgün saxlanmayan qidalarda yaranan, istiliyə davamlı və sağlamlıq üçün təhlükəli bakterial toksindir.