İşəgötürənlə bağlı anonim şikayətlərə baxılmır-Vəli Quliyev
İşəgötürənlə bağlı anonim şikayətlərə baxılmır. Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, işəgötürənin işçiləri çox olduqda pozuntu halları da çox olur:
"Pozuntu halları qeydə alındıqda işçilər müvafiq quruma şikayət edə bilərlər".