İran 800 etirazçının ölüm hökmünün yüngülləşdirilməsi ilə bağlı məlumatları təkzib edib
— İranın Baş prokuroru Məhəmməd Movahedi ABŞ prezidenti Donald Trumpın tələbi ilə etiraz aksiyaları zamanı həbs edilən 800 nəfər barəsində çıxarılan ölüm hökmlərinin yüngülləşdirildiyi barədə məlumatları təkzib edib.
Movahedi bildirib ki, səsləndirilən rəqəmlər həqiqətə uyğun deyil və İran məhkəmə sistemi belə bir qərar qəbul etməyib.
AP News yazır ki, Trampın açıqlamaları bu məlumatın İranın xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi Xarici İşlər Nazirliyi tərəfindən təqdim edildiyini göstərir.
Agentliyin məlumatına görə, Əraqçi həmin dövrdə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffla birbaşa əlaqə saxlayıb.
İranın baş prokuroru vurğulayıb ki, ölkədə səlahiyyət bölgüsü mövcuddur və heç bir dövlət qurumu xarici qüvvələrdən göstəriş almır.
“Bizdə səlahiyyətlər ayrılıb, hər bir qurumun məsuliyyətləri dəqiq müəyyən edilib və biz heç bir halda xarici qüvvələrdən təlimat almırıq,” – deyə o bildirib.
Qəzet qeyd edir ki, İran məhkəmə orqanları saxlanılan şəxslərdən bəzilərini “mohareb” – yəni “Allaha qarşı çıxan” və ya “Allahın düşmənləri” kimi tanıyıb. Bu ittihamlar üzrə mühakimə olunan şəxslərin ölüm cəzası ilə üzləşə biləcəyi bildirilir.
Xatırladaq ki, İranda baş verən ümumxalq etirazları hökumət tərəfindən sərt şəkildə yatırılıb. İnsan haqları təşkilatlarının məlumatına görə, aksiyalar zamanı azı 5 000 nəfər həlak olub, 26 800-dən çox insan isə saxlanılıb