• $ 1.7
  • € 1.9977
  • ₽ 0.02247
  • ₺ 0.0392
  • £ 2.2947

Magistraturaya sənəd qəbulu başa çatır

Magistraturaya sənəd qəbulu başa çatır
26.01.2026 09:30

Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün sənəd qəbulu bu gün saat 23:59-dək davam edəcək.

Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 26 yanvar saat 09:00-a olan məlumata əsasən, 20346 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 18542; rus bölməsi - 1804).

Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Daha sonra bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir. İmtahanda yalnız elektron ərizəsini təsdiq etmiş bakalavrlar iştirak edə bilərlər.

İmtahan 2026-cı il fevralın 15-də keçiriləcək. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni imtahana 4-5 gün qalmış çap edə biləcəklər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
2025-ci ildə tikinti materialları istehsalı 4,3% azalıb
Cəmiyyət 10:38
2025-ci ildə tikinti materialları istehsalı 4,3% azalıb
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Cəmiyyət 10:35
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Son iki gündə ölkə üzrə 81 cinayətin açılması təmin edilib
Cəmiyyət 10:14
Son iki gündə ölkə üzrə 81 cinayətin açılması təmin edilib
Sabunçuda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
Cəmiyyət 09:59
Sabunçuda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
Azərbaycan ötən il Ermənistana 788,8 min dollar dəyərində məhsul ixrac edib
Cəmiyyət 09:44
Azərbaycan ötən il Ermənistana 788,8 min dollar dəyərində məhsul ixrac edib
Samuxda 9 yaşlı uşaq dəm qazından zəhərlənərək ölüb
Cəmiyyət 09:39
Samuxda 9 yaşlı uşaq dəm qazından zəhərlənərək ölüb
Magistraturaya sənəd qəbulu başa çatır
Cəmiyyət 09:30
Magistraturaya sənəd qəbulu başa çatır
İran bəzi uçuşlara qadağa qoyub
Cəmiyyət 23:49
İran bəzi uçuşlara qadağa qoyub
Küləkli hava ilə bağlı xəbərdarlıq edilib
Cəmiyyət 21:24
Küləkli hava ilə bağlı xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol