Ötən il 1 milyon tona yaxın bitkiçilik məhsulları ixrac olunub
2025-ci ildə 1 milyon tona yaxın bitkiçilik məhsulları ixrac olunub. Bunu AQTA-nın sədr müavini Əziz Şərifov bildirib.
O bildirib ki, aparılan məqsədyönlü tədbirlərin nəticəsi olaraq hazırda Azərbaycandan dünyanın 73 ölkəsinə qida, baytarlıq və fitosanitar nəzarətində olan məhsulların ixracı həyata keçirilir.
"2025-ci il ərzində idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla, təxminən 1 milyon tona yaxın bitkiçilik məhsulu, 30 min ton və 103 milyon ədəddən artıq heyvan mənşəli məhsul, eləcə də 28 min tona yaxın müxtəlif növ emal olunmuş qida məhsulunun beynəlxalq standartların tələblərinə uyğun şəkildə nəzarəti təmin edilərək ixracı təşkil olunub".-o bildirib.
Aytac
Son xəbərlər
Daha çox