Emin Əmrullayev səudiyyəli həmkarı ilə görüşüb
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində bu ölkənin təhsil naziri Yusif bin Abdullah əl-Binyan ilə görüşüb.Bu barədə Əmrullayev "X"dəki hesabında məlumat yayıb.
Görüş çərçivəsində iki ölkə arasında ali və peşə təhsili sahələrində əməkdaşlıq və yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə ətraflı müzakirələr aparılıb.
Son xəbərlər
Daha çox