Bakıda 32 və 120 nömrəli marşrutların hərəkət sxemi dəyişdirilir
Bakıda 32 və 120 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən bildirilib ki, sabahdan bu xətlər üzrə avtobusların hərəkəti Kövkəb Səfərəliyeva küçəsi əvəzinə, xüsusi hərəkət zolağı olan Puşkin küçəsi ilə təşkil olunacaq.
Qeyd edilib ki, Kövkəb Səfərəliyeva küçəsindəki nəqliyyat sıxlığı 32 və 120 nömrəli marşrutlarda intervalın artmasına səbəb olur. Dəyişiklik avtobusların ləngiməsinin qarşısını alacaq və marşrutların nizamlı fəaliyyətinə şərait yaradacaq.