Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü
Tovuzda yaşlı kişi bədbəxt hadisə nəticəsində vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.
İlkin məlumata görə, 1942-ci il təvəllüdlü Cəmil Kazımov yanan sobanın üzərinə düşüb və aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər