• $
  • £

Xəstəxana sağ olan babasının yerinə meyit verdi - İddia

Xəstəxana sağ olan babasının yerinə meyit verdi - İddia
09.02.2026 11:33

İnsult diaqnozu ilə Efendiyev adına xəstəxanaya yerləşdirilən bir şəxsin ailəsinə ölüm xəbəri verilib, lakin sonradan həmin şəxsin sağ olduğu üzə çıxıb. Bu barədə sosial şəbəkədə Taleh Qasımlı paylaşım edib. 

Paylaşımda bildirir ki, hadisə onun çalışdığı müəssisədə çalışan mühəndisin babası ilə bağlıdır.

İddiaya əsasən, xəstə təxminən bir həftə xəstəxanada müalicə aldıqdan sonra ailəyə zəng olunaraq ölüm xəbəri çatdırılıb və meyitin götürülməsi istənilib. Ailə dəfn hazırlıqlarına başlayıb və xəstəxanadan təqdim edilən meyiti apararaq yuma mərasiminə hazırlıq görüb.

Məlumata görə, mərhumun oğlu meyitin yuyulması zamanı içəri daxil olub və meyitin atasına aid olmadığını aşkar edib. Sonradan aydın olub ki, insult keçirən şəxs əslində sağdır və onun əvəzinə ailəyə başqa bir şəxsin cəsədi təqdim edilib.

Qasımlı iddia edir ki, əgər ailə üzvü son anda meyiti tanımasaydı, başqa bir insan dəfn edilə bilərdi, daha sonra isə xəstəxanadan ailəyə “xəstənin sağaldığı” barədə məlumat verilə bilərdi.

Hazırda məsələ ilə bağlı rəsmi qurumların mövqeyi açıqlanmayıb.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq edən iki nəfər saxlanılıb
Cəmiyyət 13:15
Qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq edən iki nəfər saxlanılıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 13:11
Faktiki hava açıqlanıb
Sabah yağış yağacaq
Cəmiyyət 12:51
Sabah yağış yağacaq
Sumqayıtda dəm qazından zəhərlənən altı uşaqdan biri ölüb
Cəmiyyət 12:39
Sumqayıtda dəm qazından zəhərlənən altı uşaqdan biri ölüb
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 12:21
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib
Cəmiyyət 11:38
Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Cəmiyyət 11:00
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Biləsuvarda son 15 gündə 26 nəfəri it dişləyib
Cəmiyyət 10:46
Biləsuvarda son 15 gündə 26 nəfəri it dişləyib
FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 09:58
FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol