• $ 1.7
  • € 2.0052
  • ₽ 0.022154
  • ₺ 0.039
  • £ 2.3052

Torpaqların idarə olunmasında pozuntular aşkar olunub

Torpaqların idarə olunmasında pozuntular aşkar olunub
09.02.2026 14:18

Aparılan təhlillər bələdiyyələrdə yol verilən əsas pozuntuların torpaqların idarə olunması, maliyyə vəsaitlərindən istifadə, şəffaflıq və hesabatlılıq sahələrinə aid olduğunu göstərir. Bu barədə Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyətinə dair 2025-ci il üzrə illik məruzəsində bildirib.

Məruzəyə əsasən, bələdiyyələrin özünüidarəetmə fəaliyyətində aşkar edilən nöqsanlar arasında saxta sənədlərin hazırlanması, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin saxta sənədlər əsasında satılması, bələdiyyə əmlakı barədə qərarların səlahiyyət həddinin aşılması ilə verilməsi, eləcə də bələdiyyə torpaqlarının istifadəsi və mühafizəsi üzrə nəzarət tədbirlərinin həyata keçirilməməsi xüsusi yer tutur.


Hesabatda qeyd olunub ki, bəzi hallarda bələdiyyə əmlakının mənimsənilməsi və ya israf edilməsi, torpaq sahələrinin bazar qiymətindən xeyli aşağı qiymətlə satılması, habelə hərrac və müsabiqə mexanizmlərinin formal xarakter daşıması faktları da aşkar edilib.


Ədliyyə Nazirliyinin məlumatına görə, vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində yerli vergilər və ödənişlərin, o cümlədən icarə haqlarının toplanması aşağı səviyyədə təşkil olunub, bu isə bir sıra bələdiyyələrin maliyyə vəziyyətinin pisləşməsinə səbəb olub.


Vətəndaş şikayətlərinin təhlili göstərib ki, Bakı şəhəri üzrə əsas şikayətlər qanunsuz torpaq ayrılması, vergi və ödənişlərin düzgün hesablanmaması, abadlaşdırma və yaşıllıqların mühafizəsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. Regionlarda isə şikayətlər əsasən torpaqların qanunsuz istifadəsi, icra müddəti bitmiş sahələrin geri qaytarılmaması və dəymiş ziyanın ödənilməməsi ilə əlaqədar olub.


Məruzədə bildirilib ki, aşkar edilmiş hüquq pozuntularının qarşısının alınması məqsədilə bələdiyyələrə torpaq idarəçiliyi, yerli büdcənin tərtibi, maliyyə vəsaitlərindən istifadə, şəffaflığın artırılması və daimi komissiyaların fəaliyyətinin gücləndirilməsi ilə bağlı tövsiyələr verilib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Növbəti iki gündə temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 15:47
Növbəti iki gündə temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Yol Polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 15:28
Yol Polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Deputat bələdiyyələrin xəritə və maliyyə problemlərinin inkişafı əngəllədiyini deyir
Cəmiyyət 14:59
Deputat bələdiyyələrin xəritə və maliyyə problemlərinin inkişafı əngəllədiyini deyir
Azad edilmiş ərazilərdə daha 105 mina, 223 PHS aşkarlanıb
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə daha 105 mina, 223 PHS aşkarlanıb
Deputat bələdiyyələrdə könüllülük hərəkatının yaradılmasını təklif edir
Cəmiyyət 14:50
Deputat bələdiyyələrdə könüllülük hərəkatının yaradılmasını təklif edir
Günəşdə növbəti güclü partlayış baş verib
Cəmiyyət 14:46
Günəşdə növbəti güclü partlayış baş verib
Hər 15 gündən bir bələdiyyələr üçün efir ayrılsın - Təklif
Cəmiyyət 14:44
Hər 15 gündən bir bələdiyyələr üçün efir ayrılsın - Təklif
Bu ölkədə aviaşirkətlərə yanacaq çatışmazlığı ilə bağlı xəbərdarlıq edilib
Cəmiyyət 14:40
Bu ölkədə aviaşirkətlərə yanacaq çatışmazlığı ilə bağlı xəbərdarlıq edilib
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
Cəmiyyət 14:27
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol