• $
  • £

Deputat qaz qanununa təcili dəyişiklik çağırışı edir

Deputat qaz qanununa təcili dəyişiklik çağırışı edir
10.02.2026 11:11

Milli Məclisin deputatı Razi Nurullayev “Qaz təchizatı haqqında” qanuna təcili dəyişiklik edilməsini təklif edərək, mülkiyyət sənədi olmayan vətəndaşların da evlərinə qaz çəkilməsinə icazə verilməsinin vacibliyini bildirib.

Deputatın sözlərinə görə, məsələ artıq texniki yox, sosial və humanitar xarakter daşıyır. O qeyd edib ki, bir çox yaşayış məntəqəsində qaz xətləri evlərin bilavasitə yaxınlığından keçsə də, sənədləşmə problemləri səbəbindən vətəndaşlar qazdan istifadə edə bilmir.

“Qaz göz qabağındadır, boru evin yanından keçir, amma evin içi buz kimidir. Bu nə məntiqdir? Biz vətəndaşa deyirik: sənədin yoxdur, gözlə. Bəs o insan bu vaxtadək necə yaşasın?” –  Nurullayev bildirib.

Deputat vurğulayıb ki, alternativ yanacaq imkanları da faktiki olaraq məhdudlaşdırılıb. Onun sözlərinə görə, odun tədarükünə icazə verilməməsi, ağac kəsilməsinə görə cinayət məsuliyyəti, kömürün isə yüksək qiyməti vətəndaşları çıxılmaz vəziyyətə salıb.

“Qadağa qoyuruqsa, çıxış yolu da qoymalıyıq. Qaz vermirsənsə, alternativ təqdim etməlisən. Yoxsa bu islahat deyil, laqeydlikdir”, – deputat qeyd edib.

Razi Nurullayev bildirib ki, 30–40 il ərzində formalaşmış sistemli problemlərin qısa müddətdə vətəndaşların üzərinə qoyulması nə real, nə də ədalətlidir.

Deputatın təkliflərinə görə, qaz çəkilişi üçün icra hakimiyyətinin arayışı hüquqi əsas kimi qəbul edilməlidir. Qaz olmayan ərazilərdə dövlət tərəfindən odun və kömür təminatı təşkil olunmalı və ya nəzarətli tədarükə icazə verilməlidir.

“İnsanları seçim qarşısında qoymaq olmaz: ya don, ya da qanunu poz. Bu, nə dövlətə, nə də sosial ədalət prinsipinə uyğundur”, –  deputat əlavə edib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib
Cəmiyyət 23:30
Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib
Cəmiyyət 23:14
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib
Azərbaycan vətəndaşlarının Ciddədən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib - Yenilənib
Cəmiyyət 21:58
Azərbaycan vətəndaşlarının Ciddədən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib - Yenilənib
Ramazanın on beşinci gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:32
Ramazanın on beşinci gününün duası - İmsak və iftar vaxtı
Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 18:18
Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib
Liftdə qalan yeniyetmə xilas edildi - Video
Cəmiyyət 18:12
Liftdə qalan yeniyetmə xilas edildi - Video


Keçən il nikahdankənar doğulan uşaqların sayı açıqlanıb
Cəmiyyət 16:30
Keçən il nikahdankənar doğulan uşaqların sayı açıqlanıb
Pensiya yaşına çatmayanların işdən azad olunması müzakirə edilir – nazir müavini
Cəmiyyət 16:08
Pensiya yaşına çatmayanların işdən azad olunması müzakirə edilir – nazir müavini
Mingəçevirdə 19 yaşlı qız binadan yıxılıb
Cəmiyyət 16:08
Mingəçevirdə 19 yaşlı qız binadan yıxılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol