Vətəndaşlar sabit tarif üçün hər dəfə 1 manat çıxıldığını iddia edir - Rəsmi açıqlama
Vətəndaşlar ay ərzində bir neçə dəfə balansına vəsait yüklədikdə hər ödəniş zamanı hesabından ayrıca 1 manat çıxıldığını iddia edirlər. Bu barədə sosial şəbəkələrdə şikayət qruplarında məlumat paylaşılıb.
Azərbaycanda yeni qərara görə kommunal xidmətlər üçün istifadədən asılı olmayaraq vətəndaşların hesabından aylıq 1 manat vəsait tutulur.
Bəzi vətəndaşlar isə hesabından 2 manat tutulduğunu iddia edib.
“Artıq neçənci dəfədir ki, ay ərzində bir neçə dəfə ödəniş etmişəmsə, hamısında balansa yüklədiyim vəsaitdən 1 manat tutulur”, – şikayətçi bildirib.
Məsələ ilə bağlı “Azərişıq” ASC-dən anews.az-a bildirib ki, qərar yanvardan qüvvəyə mindiyi üçün bəzi vətəndaşlardan bu məbləğ yanvarın sonu və fevralın əvvəli çıxdığı üçün vətəndaşlarda çaşqınlıq yaradıb. Növbəti aydan bu məbləğ hər ayın əvvəlində bir dəfə çıxılacaq. Qurum rəsmisi bildirib ki, sabit tarif üçün çıxılan bir manatla bağlı hər hansı artıq ödəniş çıxılması halı yoxdur.
Gülnar Nazimqızı