Azərbaycan və ABŞ səhiyyə əməkdaşlığını genişləndirir
Azərbaycanın səhiyyə naziri Teymur Musayev ABŞ Ticarət Palatasının üzvləri ilə görüş keçirib. Bu barədə Səhiyyə Nazirliyi məlumat verib.
Görüşdə Azərbaycan ilə ABŞ arasında səhiyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər səhiyyə sisteminin modernləşdirilməsi, innovativ tibbi texnologiyaların tətbiqi, əczaçılıq sənayesində əməkdaşlıq və tibb təhsili istiqamətində birgə fəaliyyət imkanlarını nəzərdən keçiriblər.
Nazirlikdən bildirilib ki, görüşdə Prezidentin rəhbərliyi ilə ölkədə səhiyyə sahəsində aparılan islahatlar, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, insan kapitalının gücləndirilməsi və rəqəmsallaşdırma istiqamətində görülən işlər barədə məlumat verilib.
Teymur Musayev beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ şirkətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
ABŞ Ticarət Palatasının Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cenifer Mil isə Azərbaycanla əməkdaşlığa maraqlı olduqlarını bildirib və səhiyyə ilə əczaçılıq sahələrində amerikalı şirkətlərin təcrübə və texnologiyalarının paylaşılmasının mümkünlüyünü qeyd edib.
Aytac