Rəşad Xəlilov: Rəqəmsal sərhədlərin müəyyənləşdirilməsi üçün fəlsəfi yanaşma vacibdir
Azərbaycanın daxili sərhədlərini müəyyən etmək üçün kifayət qədər institusional və texnoloji potensial mövcuddur. Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi sədr müavini Rəşad Xaliqov "Rəqəmsallıq və sosial informasıyanın inkişaf dinamikası" mövzusunda keçirilən elmi konfransda deyib.
O bildirib ki, bu sahədə mövcud problemlər var və riskləri aydın şəkildə anlamaq çətin deyil.
“Problemlərimizi başa düşürük, riskləri anlayırıq. Azərbaycanın daxili sərhədlərini müəyyən etmək potensialımız var. Rəqəmsal formada bunu etmək üçün fəlsəfə müəyyən etməliyik. Hədəflərin yenilənməsi bizi bu sahədə daha da uğura aparacaq”, – o vurğulayıb.
Onun fikrincə, məqsədlərin yenidən nəzərdən keçirilməsi və müasir çağırışlara uyğunlaşdırılması innovasiya ekosisteminin dayanıqlı inkişafını təmin edəcək.
Gülnar Nazimqızı