• $
  • £

Əli Kərimli hakimiyyətə gəlib ölkəni KTMT-yə üzv etmək istəyirmiş - Video

Əli Kərimli hakimiyyətə gəlib ölkəni KTMT-yə üzv etmək istəyirmiş - Video
12.02.2026 13:36

Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacağı barədə razılaşmışdı. Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin Mehdiyev Ramiz Ənvər oğlu, Abbasov Abbas Aydın oğlu, Kərimli Əli Əmirhüseyn oğlu və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələri ilə bağlı məlumatında deyilir.

Qeyd olunub ki, Qənimət Zayıdov 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparıb, onun Azərbaycan Respublikasında hakimiyyətə gətirilməsində xarici xüsusi xidmət orqanlarının geniş təşkilati və xüsusi imkanlarından istifadə edilməsi üçün müraciət etmiş, qarşılığında Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret detallar sadalamaqla vəd edib.

Eyni zamanda ittihama əsasən, Əli Kərimli adıçəkilən şəxslərlə qabaqcadan əldə olunmuş ümumi razılaşmaya uyğun qaydada cinayət əməllərini davam etdirərək, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində yürüş etdikləri zaman Fuad Qəhrəmanlı və digərlərinə partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə yürüş iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləni idarə etməklə, Azərbaycan Respublikası Milli Məclisinin və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin inzibati binalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlar verib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 15:13
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq edən iki nəfər saxlanılıb
Cəmiyyət 13:15
Qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq edən iki nəfər saxlanılıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 13:11
Faktiki hava açıqlanıb
Sabah yağış yağacaq
Cəmiyyət 12:51
Sabah yağış yağacaq
Sumqayıtda dəm qazından zəhərlənən altı uşaqdan biri ölüb
Cəmiyyət 12:39
Sumqayıtda dəm qazından zəhərlənən altı uşaqdan biri ölüb
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 12:21
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib
Cəmiyyət 11:38
Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Cəmiyyət 11:00
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Biləsuvarda son 15 gündə 26 nəfəri it dişləyib
Cəmiyyət 10:46
Biləsuvarda son 15 gündə 26 nəfəri it dişləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol