DİN: Həftəsonu 104 cinayətin üstü açılıb, 91 nəfər saxlanılıb
Fevralın 14-15-də ölkə ərazisində 104 cinayət qeydə alınıb və polis tərəfindən açılıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Saxlanılanların sayı 91 nəfər olub.
Axtarışda olan 62 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə bağlı 61 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt qeydə alınıb.
Cinayət törətməkdə şübhəli bilinən şəxslərin sayı 91 nəfər təşkil edib.
Gülnar