• $ 1.7
  • € 2.0167
  • ₽ 0.022015
  • ₺ 0.0389
  • £ 2.314

Sabah Ruben Vardaryana hökm oxunacaq

Sabah Ruben Vardaryana hökm oxunacaq
16.02.2026 12:11

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclası fevralın 17-də davam etdiriləcək. Bu barədə  Bakı Hərbi Məhkəməsindən məlumat verilib.

Fevralın 10-da keçirilən məhkəmə prosesində məhkəmə baxışının başa çatdığı elan edilib, məhkəmə heyəti müşavirəyə gedib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda bina yanıb, sakinlər təxliyyə edilib
Cəmiyyət 13:21
Bakıda bina yanıb, sakinlər təxliyyə edilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Ombudsman azyaşlıların elektroskuterlərdən nəzarətsiz istifadəsinə görə dövlət qurumlarına müraciət edib
Cəmiyyət 12:32
Ombudsman azyaşlıların elektroskuterlərdən nəzarətsiz istifadəsinə görə dövlət qurumlarına müraciət edib
Sabah bir neçə rayonda qaz olmayacaq
Cəmiyyət 12:14
Sabah bir neçə rayonda qaz olmayacaq
Sabah Ruben Vardaryana hökm oxunacaq
Cəmiyyət 12:11
Sabah Ruben Vardaryana hökm oxunacaq
Kəmaləddin Heydərova iki müavin təyin edilib
Cəmiyyət 12:02
Kəmaləddin Heydərova iki müavin təyin edilib
Bakı-Sumqayıt yolunda marşrut avtobusu ilə iki avtomobil toqquşub - Video
Cəmiyyət 11:46
Bakı-Sumqayıt yolunda marşrut avtobusu ilə iki avtomobil toqquşub - Video
Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın ölüb/Yenilənib
Cəmiyyət 11:38
Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın ölüb/Yenilənib
DİN: Həftəsonu 104 cinayətin üstü açılıb, 91 nəfər saxlanılıb
Cəmiyyət 10:13
DİN: Həftəsonu 104 cinayətin üstü açılıb, 91 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol